İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid Ədalət Abbasovun nəşinin qalıqları ailəsinə təhvil verilib

Birinci Qarabağ döyüşləri zamanı şəhid olan Ədalət Vilayət oğlu Abbasovun nəşinin qalıqları ailəsinə təhvil verilib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1970-ci ildə Daşkəsən rayon Xoşbulaq kəndində anadan olmuş Abbasov Ədalət Vilayət oğlunun nəşinin qalıqları yaxınlarının yaşadığı kəndə aparılıb.

Onun nəşinin qalıqları sabah dəfn olunacaq.

Qeyd edək ki, Ə.Abbasov 1992-ci ildə hərbi xidmətə çağırılıb və həmin il Çıldıran uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

O, naməlum şəhid kimi Tərtər rayonunda dəfn olunan, Birinci Qarabağ döyüşlərində itkin düşmüş Azərbaycan vətəndaşlarından olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR