Onlayn ictimai-siyasi qəzet
Müğənni Nadir Qafarzadənin səhhətində problem yaranıb.
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Elgizlə izlə" proqramına zəng edərək xəstəxanalıq olduğunu deyib.
"Dünən klinikaya getdim, sistem köçürtdülər. Boğazımda qıcıqlanma var idi. Təzyiqim 190-a qalxmışdı. Bu gün də təzyiqim qalxıb və ürək döyüntüm aşağı düşüb. Həyat yoldaşım evdə müalicə edir. Pul, dövlət gəldi gedərdi, Allah can sağlığı versin" deyə, Qafarzadə bildirib.
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ