İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var.

Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur.

Acqarına qoz yeməyin faydaları bunlardır:

Enerji verir: Qozda olan sağlam vitaminlər və minerallar bədənimizin gün ərzində ehtiyac duyduğu qidaları təmin edir. Buna görə də səhər acqarına 3 qoz yemək gün ərzində yorğunluğu aradan qaldırır.

Həzmi tənzimləyir: Qoz çox yüksək lif tərkibli qidadır. Bu, bağırsaqlarda hərəkətliliyi artıraraq həzmi tənzimləməyə kömək edir. Xüsusilə qəbizliyin qarşısını alan qoz mədə turşusunu tarazlamağa da kömək edir.

Sinir sistemini yaxşılaşdırır: Qozun tərkibindəki maqnezium sinir sistemini tənzimləməyə kömək edir. Beyin funksiyalarının yaxşılaşmasına töhfə verən qoz sümük sağlamlığını da dəstəkləyir. Xüsusilə inkişafa gəldikdə, istehlakı ilə bədəni qorumağa kömək edir. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR