Onlayn ictimai-siyasi qəzet
Bu gün ölkədə taksi fəaliyyəti ilə məşğul olan çox sayda şirkət var.
Məlumdur ki, Nazirlər Kabinetinin yeni qərarından sonra buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilmir. Bu da, avtomobillərin tədricən azalması ilə nəticələnib.
Daha ucuz qiymətə xidmət göstərən taksiləri günün pik saatlarında tapmaq indi müşkülə çevrilib. Rəqib şirkətin taksilərində isə sürücü olsa da, qiymət cibə uyğun deyil. Sürücülərə isə sərf edən budur, ən yüksək qiymət təklif edən şirkətlə çalışmaq.
“Hansı sürücünün 30-40 min verib təzə maşın almağa imkanı var? Sürücüyə o şirkət sərf edir ki, qiymət yüksək, faiz aşağı olsun, yoxsa bəzi şirkətlər kimi 25% götürməsinlər. Biz də istəyərik ki, qiymətlər yüksək olsun, rahat işləyək”, - sürücü narazılığını bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ