İnsanlara hürriyət, millətlərə istiqlal!

"Səhər yeməyi çox faydalıdır" fikirlərini alt-üst etdi - VİDEO

Səhər yeməyi günün ən sağlam yeməyi deyil!

Bu sözləri türkiyəli diyetoloq Pınar Demirkaya Ceyda Düvəncinin "Bambaşqa söhbətlər" verilişində qonaq olarkən deyib.

Mütəxəssis hesab edir ki, insan aclıq hiss etdiyi vaxtda və həqiqətən ehtiyacı varsa, yemək yeməlidir.

"Hər kəs səhər yeməyi yemək məcburiyyətində deyil. Ən ideal səhər yeməyi üçün qayda budur. Səhər yeməyi günün ən sağlam yeməyi də deyil. Ailələr bu məsələdə uşaqların üstünə çox gedirlər. Uşaqların bədən dili bizdən daha yaxşı və sağlamdır. Odur ki, onlar səhər yeməyi yeməmək azadlığına sahib olmalıdılar. Biz onlara səhər yeməyini verə-verə təəssüf ki, bədən dillərini kəsməyə başlayırıq. Hekayə buradan başlayır. Səhər yeməyində ən faydalı qida yumurtadır. Yumurta protein qrupudur, proteinlər amin turşularına ayrılırlar və demək olar ki, hamısı 100 faiz sorulur. Uşaqların inkişafı üçün bu amin turşuları çox faydalıdır. Yağda bişmiş və ya qaynadılmış olmasının heç bir fərqi yoxdur".

Badam, yulaf və digər bitkilərdən əldə edilən suların südü əvəz etməsindən danışan Pınar Dəmirkaya bildirib ki, hər kəs özünə uyğun birini seçə bilər:

"Mənə görə, dad olaraq yulafın südü gözəldir. Pendirlərə gəldikdə, təbii mayalanmış pendirlərə üstünlük verməkdə fayda var. Fabriklərdə kimyəvi maddələrlə mayalanmış deyil, daha safını, daha təbii və "məsumunu" tapa biliriksə, nə xoş. Tapa bilməsək də, "pendirsiz olmaz" deyə baxmamalıyıq. Əslində pendir hər gün yeyilməməlidir. Yumurta dəmirlə zəngindir, protein tərkibi yüksəkdir, pendirdə də bir az protein var, amma turş kalsium ehtivar edir. Yumurtadakı dəmir kalsiumla bir araya gələndə heç olur. Yumurta öz faydasını verə bilmir, pendir də həmçinin".//Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR