İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhər ruslara təslim olmur – Qanlı küçə döyüşləri başladı

Ukrayna hərbi qüvvələri Donetsk vilayətinin Baxmut şəhəri uğrunda döyüşləri davam etdirir. Hazırda şəhərdə qanlı küçə döyüşləri gedir.

Bu barədə Ukrayna Quru Qoşunlarının “Xolodnıy Yar” briqadası məlumat verib.

Briqadanın döyüşçüləri digər bölmələrlə birlikdə şəhəri müdafiə edirlər.

“İşğalçıların kütləvi informasiya vasitələrinin Baxmutun mühasirəyə alınması və zəbt edilməsi ilə bağlı yalan bəyanatlarına baxmayaraq, Ukrayna Müdafiə Qüvvələri şəhər uğrunda döyüşləri davam etdirirlər”, - açıqlamada deyilir.

Hazırda Baxmutda qanlı küçə döyüşlərinin davam etdiyi bildirilir.

“93-cü “Xolodnıy Yar” briqadasının müdafiəçiləri digər birləşmələrlə birlikdə düşmənə maksimum ziyan vurur və işğalçı qoşunların Çasovoy Yar və Kostyantinivka istiqamətində daha da irəliləməsinin qarşısını alır”, - məlumatda bildirilir.

Baxmut və Marin uğrunda şiddətli döyüşlər gedir. Bu ərazilərdə Ukrayna hərbçiləri hər gün rusların onlarla hücumunu dəf edirlər. Rusiya qüvvələri bu istiqamətdə Suriya olduğu kimi “yandırılmış torpaq” taktikasından istifadə edərək şəhəri tamamilə məhv etməyə çalışırlar./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR