Onlayn ictimai-siyasi qəzet
Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev ötən gün vəfat edib.
Modern.az-ın məlumatına görə, mərhumun yas mərasimi Heydər məscidində keçiriləcək.
S.Mirzəyev bu gün saat 3-də İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Səfa Mirzəyev 1996-cı ildən 2022-ci il may ayına kimi Milli Məclis Aparatının rəhbəri işləyib. O, 2022-ci il mayın 12-də yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. S.Mirzəyev 11 may 2012-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 11 may 2022-ci ildə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ