Onlayn ictimai-siyasi qəzet
"Milli uyğunlaşma planlarına hər zamankından daha çox ehtiyac var. Onlar həqiqətən həyati əhəmiyyətə malikdirlər. Bu il gördük ki, hər bir hazırlıq, hər siyasət, hər plan dünyada milyonlarla insan üçün həyat və ölüm arasındakı fərqdir. Ehtiyatlılıq ən pisi planlaşdırmağımızı tələb edir".
Musavat.com xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil bildirib.
O qeyd edib ki, bu planları həyata keçirmək asan deyil:
"Həm maliyyə, həm də imkanlar baxımından, xüsusən də ən həssas təbəqələr, ən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün resurslar qıtdır. İnsanlar, icmalar, ölkələr özlərini və yaxınlarını qorumaq, bizneslərini və iqtisadiyyatlarını gücləndirmək üçün hərəkətə keçmək istəyirlər, lakin imkanları yoxdur. Ölkələr qlobal təchizat zəncirlərindəki əlaqələrini iqlimdən qoruya bilmədikdə bir-birinə bağlı qlobal iqtisadiyyatımızdakı hər bir ölkə bunun əvəzini ödəyir. Mən sözün əsl mənasında qiymətin yüksək inflyasiya şəklində ödənilməsini nəzərdə tuturam, xüsusən də ərzaq qiymətlərində, çünki şiddətli quraqlıqlar, meşə yanğınları və daşqınlar ərzaq istehsalına xələl gətirir. Biz bu ssenarini dəyişməliyik".
Saymon Stil təcili tədbirlər görüməli olduğuna diqqət çəkib:
"Bizə transformasiya lazımdır. Məlumatın bolluğuna əsaslanan qərarlar və mövcud uyğunlaşma səylərində artıq əldə edilmiş tərəqqiyə ehtiyac var. Bizə data, məsləhətləşmələr lazımdır. Amma həm də dünya üzrə icmaların təcrübəsindən istifadə etməliyik. Onların dərsləri hərtərəfli milli uyğunlaşma planları üçün möhkəm əsas təmin etməlidir. Əlbəttə ki, böyük maliyyə boşluğu var ki, onu da aradan qaldırmalıyıq. Adaptasiya xərcləri hər kəs, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün sürətlə artır. Onların xərcləri 2030-cu ilə qədər ildə 340 milyard dollara, 2050-ci ilə qədər isə ildə 565 milyard dollara yüksələ bilər. Bu rəqəmlər təhlükəsizlik və milyardlarla insanın həyatını məhv edən fəlakətlər arasındakı fərqdir".
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ