İnsanlara hürriyət, millətlərə istiqlal!

Şavkat Mirziyoyev rəqiblərini ordenlə təltif etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev prezidentliyə keçmiş namizədlər Uluqbek İnoyatov və Əlişir Kadirovu, bir sıra deputat və senatorları, şirkət rəhbərlərini və başqalarını ordenlərlə təltif edib.

Musavat.com Gazeta.uz-a istinadla xəbər verir ki, Prezident Mirziyoyev avqustun 27-də imzaladığı sərəncamla həmçinin bir qrup dövlət qulluqçusunu, sənaye və sosial-iqtisadi sahədə çalışanları orden və medallarla təltif edib. Mükafatlar Özbəkistanın dövlət müstəqilliyinin 32-ci ildönümü ilə əlaqədar təqdim edilib.

Prezident 2 il əvvəl, 2021-ci il seçkilərində ona rəqib olan, 2023-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində iştirak etməyən və Mirziyoyevi dəstəkləyən “Milli Dirçəliş" partiyasının lideri Əlişir Kadirovu, “Əmək Şöhrəti” ordeni ilə, iki ay əvvəl keçirilən seçkidə ona rəqib olan Uluqbəy İnoyatovu isə "Dostluq" ordeni ilə təltif edib. 

"Əmək Şöhrəti" ordeni iqtisadiyyatın, mədəniyyətin, xalqın rifahının yüksəlməsinə, ölkədə sülhün və sabitliyin qorunmasına xidmət edən Özbəkistan vətəndaşlarına verilir. "Dostluq" ordeni ilə isə Özbəkistanda yaşayan bütün millətlər arasında dostluğun, qarşılıqlı anlaşmanın və harmoniyanın möhkəmləndirilməsində böyük nailiyyətləri olan vətəndaşlar təltif edilir.

Hər iki ordenlə yanaşı təltif olunanlara böyük məbləğdə pul mükafatı da verilir.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR