İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarsaqlığın beləsi – silahlı basqınla evlilik təklifi

Yekaterinburqda gənclər silahlı şəxslərin iştirakı ilə basqın tamaşası təşkil ediblər, son nəticədə onlardan biri öz sevgilisinə evlilik təklifi edib.

Musavat.com xəbər verir ki, bu barədə RF-də fəaliyyət göstərən E1 nəşri yazıb.

Hadisə aprelin 24-də Yekaterinburqun Kompressornı mikrorayonunun yaxınlığındakı magistral yolda baş verib. Olay şahidinin lentə aldığı videoya görə, iki avtomobil yolun kənarında dayanan iki avtomobilə yaxınlaşıb və onların salonundan qara geyimli adamlar çıxıb. Onların üzərində odlu silaha bənzəyən əşyalar olub.

Sonra atəş açılıb, maskalı quldurlar maşından endirdikləri sərnişinləri zorla yerə yıxmağa başlayıblar. Daha sonra silahlı şəxslər avtomobilin salonundakı iki qızı bayıra çıxarıblar. Qızlardan biri isterik vəziyyətə düşüb, qışqırıb ağlayıb və əlləri ilə üzünü örtüb. Ancaq tezliklə basqın-yamaşa bitib.

Hücum edənlərdən biri maskasını çıxararaq dostlarının alqışları altında qızlardan birinə üzük hədiyyə edərək, onunla ailə qurmaq istədiyini deyib. Şokdan yenicə ayılmış qız təklifi qəbul edib.

“Bu, mənim dostumun fikridir. Qız şoka düşdü. Digəri ağlamağa başladı. Başqa sürücüləri narahat etməmək üçün xüsusi olaraq şəhərdən kənarda yer seçdik. Videodan görünür ki, onların əllərində fişənglər var. Tapançalar isə pnevmatikdir”, - deyə evlilik şosunun iştirakçısı izahat verib.

P.S. Bu iş artıq absurda gedir. Məgər evlilik təklifini adam balası kimi etmək olmazmı?

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR