İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarmazanov: “Ermənistan az qala Rusiya ilə müharibə vəziyyətdədir”


“Hakimiyyətin fəaliyyəti sayəsində Ermənistan Rusiya ilə az qala müharibə vəziyyətindədir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın müxalifətdə olan Respublika Partiyasının (sədr Serj Sərkisyandır) İcra orqanının üzvü Eduard Şarmazanov deyib.

Şarmazanov  yerli hakimiyyətin Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunu ratifikasiya etmək niyyətinə sərt təpki göstərib.

Onun sözlərinə görə, hakim elitanın guya “Statutu ratifikasiya etməklə əslində, Bakını məsuliyyətə cəlb etmək istədiyi” ilə bağlı gətirdiyi əsaslandırmalar tənqidə tab gətirmir. Çünki statutun müddəaları sənədi imzalamayan və ya ratifikasiya etməyən ölkələrə şamil edilmir. “Nə Azərbaycan, nə də Türkiyə bu sənədi ratifikasiya etməyib. Bundan əlavə, bu gün Avropa İttifaqı İlham Əliyevi etibarlı tərəfdaş hesab etdiyini bildirir. İndi belə bir fonda Avropa Birliyinin Azərbaycanı Roma Nizamnaməsi əsasında nədəsə ittiham edəcəyinə kimsə inanırmı?” – deyə Şarmazanov qeyd edib.

Şarmazanov hesab edir ki, Paşinyan nəticələrini düşünmədən, Qərbin bütün tələblərini səssizcə yerinə yetirməklə məşğuldur. “Rusiyadan statutun təsdiqlənməsinin son dərəcə düşmən addım” olduğu barədə bəyanatlar gəlirsə, diplomatik tərcümədə bu, beş dəqiqə ərzində müharibə deməkdir. O zaman onlar (Paşinyan komandası-red.) nəyə arxalanırlar, hesablamalarını nəyə əsaslandırırlar, başım çıxmır”,-deyə erməni müxalifətçi bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR