İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişel: BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması vacibdir

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılmasının vacib olduğunu deyib.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışında bildirib.

"Birləşmiş Millətlər Təşkilatı. Adından da göründüyü kimi millətlər klubudur. Biz çoxtərəfli sistemin islahatını düşünəndə dövlətləri onun əsas vahidi hesab edirik. Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması qaçılmazdır. Biz bu status-kvondan kənara çıxmalıyıq", - Şarl Mişel vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR