Onlayn ictimai-siyasi qəzet
Abşeron rayonu Saray qəsəbəsində zəncirvari yol qəzası baş verib.
“Chevrolet Camaro” markalı avtomobilin manevr qaydalarını pozması qəzaya səbəb olub.
Ötmə əməliyyatı zamanı məsafə və sürəti düzgün seçməyən sürücü öndə gedən “Range Rover”ə çırpılıb. Həmin avtomobil də qarşıdakı “Mitsubishi L200” markalı maşını əzib.
Hadisə nəticəsində avtomobillərə xeyli ziyan dəyib.
Baş vermiş hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Həmin videonu təqdim edirik:
Qafqazinfo.az
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ