İnsanlara hürriyət, millətlərə istiqlal!

"Santuşa verdiyinizi yetim azərbaycanlı məşqçiyə versəydiniz..." - Fazil Mustafa

"Futbol üzrə Azərbaycan Yığma Komandası öz meydançasında Belarusa 2-0 məğlub oldu. Gerçəkdən bir yığma komanda! Haradan yığılıb, necə yığılib, bəlli deyil. Buna elə yığma komanda deyilməlidir. Çünki milli komanda belə olmur".

Musavat.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Futbol üzrə Azərbaycan millisinin  Belarus millisinə bu gün 0-2 hesabla uduzmasından yazarkən bildirib.

"Əslində Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var. Sadəcə imtiyazlı və futboldan üzaq bir qrup adamın işlətdiyi futbol təsərrüfatı var. Yarı fərdi, yarı kollektiv təsərrüfatdır. Hərdən adama elə gəlir ki, “Qarabağ” komandası da başqa planetdən gəlib. Başqa planetdən gələnlərə toxuna bilmədiklərinə görə onu əngəlləyə bilmirlər. Təsəvvür edin ki, bir “Qarabağ” komandasının Avropa Liqasının qrup mərhələsinə çıxması Primyer-Liqada oynayan digər komandaların hər birinə 1 milyon avro pul qazandırıb. Yəni bir komanda digər komandalar üçün oksigen balonu rolunu oynayır. Yeri gəlmişkən, Santuşa nə qədər pul verirsinizsə, bilmirəm, onun onda birini bir yetim azərbaycanlı məşqçiyə versəydiniz, heç olmazsa üç ayda bir qələbə qazanardı",- deputat bildirib.

Qeyd edək ki, Azərbaycan yığması 3 gün öncə Haiti yığmasına da 0:3 hesabı ilə uduzmuşdu.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR