İnsanlara hürriyət, millətlərə istiqlal!

Sanksiyalar Rusiyanın ən böyük maye qaz zavodunda istehsalı dayandırdı

Rusiyanın ən perspektivli mayeləşdirilmiş təbii qaz (LNG) zavodu “Arctic LNG-2” anbarların dolması səbəbindən fəaliyyətini dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Novatek-ə məxsus müəssisədə məhsulu daşıya bilən kifayət qədər tanker yoxdur və alıcılarla da problemlər yaşanır. Nəticədə hasil olunan məhsul yığılıb qalır.

Bunun fonunda zavodu təmin edən qaz yatağında orta gündəlik hasilat sutkada 5,3 milyon kubmetrə qədər azalıb ki, bu da sentyabr ayı ilə müqayisədə iki dəfədən də azdır. Müəyyən miqdarda qazın texnoloji ehtiyaclarla əlaqədar emalı davam edir, lakin kommersiya emalı dayandırılıb.

Layihənin əsas problemi Amerikanın ötən il tətbiq etdiyi sanksiyalar olub. ABŞ gizlətmir ki, Moskvanın neft və qaz gəlirlərinin azaldılması üçün bu layihəni tamamilə məhv etmək istəyir. Sanksiyalar buzlu suda qaz daşıya biləcək tankerlərin zavoda çatdırılmasına imkan vermədi.
Daha sonra istehsal olunan qazın digər tankerlərlə daşınmasının qarşısı alındı: ABŞ və Böyük Britaniya onlarla maye qaz tankerini qara siyahıya saldılar. Bundan sonra alıcılar da “Arktik SPQ 2”-dən qaz almağı dayandırdılar.

Qeyd edək ki, ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Geoffrey Pyatt söz verib ki, Ağ Ev Rusiyanın LNG-nin vintlərini sıxmağa davam edəcək. Bu isə tezliklə Rusiyanın digər maye qaz ixracatçılarına qarşı da sanksiyaların tətbiq olunacağı deməkdir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR