İnsanlara hürriyət, millətlərə istiqlal!

Samir Şərifovdan büdcə ilə bağlı MÜHÜM AÇIQLAMA 

 Maliyyə naziri Samir Şərifov Milli Məclisin növbənkənar sessiyasının bu gün keçirilən iclasında  “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

Musavat.com-un məlumatına görə, nazir bildirib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsində qeyri-neft-qaz sektorundan gəlirlərin payı 51,8 % çox olub ki, bu da proqnozdan 1,5 faiz bəndi çoxdur:

 “4 ay ərzində büdcənin qeyri-neft-qaz gəlirləri 6,867 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % çoxdur”. Nazir həmçinin qeyd edib ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13,259 milyard manat, xərcləri isə 10,75 milyard manat təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 % və 20,4 % çoxdur. Son nəticədə 4 ayda büdcədə 2,509milyard manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 22,4 % azdır”.

S.Şərifov bildirib ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsində gəlirlər üzrə proqnozun 48,9 %-i neft-qaz, 51,1 %-i isə qeyri-neft-qaz sektorunun payına düşəcək:

 “Beləliklə, qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 0,8 faiz bəndi artırılıb. Yenilənmiş büdcədə Dövlət Neft Fondundan transfertin məbləği dəyişdirilməyib. Prioritet istiqamətlərdən Qarabağda və Şərqi Zəngəzurda tikinti, bərpa və yenidən qurma işləri üçün 1,4 milyard manat, müdafiə və təhlükəsizlik tədbirləri üçün 800 milyon manat, infrastruktur layihələri üçün isə 977 milyon manat nəzərdə tutulub. Büdcə xərclərinin 38,7 %-i əsaslı xərclər, 58 %-i cari xərclər, 3,3 %-i isə dövlət borcuna xidmət xərcləri olacaq”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR