İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda şöbə rəisinin sürücüsünün meyiti tapılıb

Salyanda Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə rəisinin sürücüsünün evdə meyiti aşkarlanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakini 1969-cu il təvəllüdlü Çingiz Əlipaşa oğlu Qədirovun meyiti yaşadığı evdə tapılıb.

İlkin məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbə rəisinin sürücüsü olan Ç.Qədirova iş yerindən dəfələrlə zəng vurulmasına baxmayaraq, cavab verməyib. Bu gün evə baxış keçirilən zaman onun meyiti yaşadığı evdə aşkar edilərək aidiyyati üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR