Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın yeni müstəqillik tarixində ilk dəfə olaraq bu gün Milli Məclisə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində işğaldan azad olunan və bərpa və yenidənqurma mərhələsinə qədəm qoyan Füzuli şəhərində seçicilər ilə görüş keçirilib.
Musavat.com xəbər verir ki, 84 saylı Seçki Dairəsindən deputatlığa namizəd Vüqar Bayramovu sakinlər çoşğu ilə qarşılayıblar.
Öncə Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin əziz ruhları bir dəqiqəlik sükutla yad edilib. Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun atası Amil Zalov namizəd ilə bağlı fikirlərini bölüşüb. O Vüqar Bayramovun VI Çağrış müddətində seçiciləri ilə sıx ünsiyyət qurmasına diqqət çəkərək Füzuli şəhər sakinlərini seçkidə fəal iştiraka dəvət edib.
Vüqar Bayramov çixışı zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsinin yalnız ölkəmiz üçün deyil, bütövlükdə regionun inkişafı üçün yeni imkanlar yaratdığını bildirib: “Doğma Füzuli şəhəri daxil olmaqla işğal müddətində tamamilə dağıdılmış və xarabalığa çevrilən bütün digər yaşayış məntəqələri cənab Prezidentin rəhbərliyi ilə yenidən qurulur və inkişaf edir. Artıq Füzuli şəhərində 3 mindən çox sakinimiz məskunlaşıb. 2024-ci ilədək şəhərdə 50 min vətəndaşımız məskunlaşacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi yeni dövrün yeni hədəflərinə uyğun olaraq Füzuli rayonu üçün də daha geniş inkişaf imkanları yaranmaqdır”.
Çıxışı zamanı o həmçinin seçicilər ilə müntəzəm ünsiyyətin qurulmasına çalışdığını bildirərək yeni dövrün yeni hədəflərinə uyğun olaraq paltormasında fəaliyyətlərin müəyyənləşdirildiyini bildirib: “Platformada qeyd olunanlara uyğun olaraq seçicilər ilə birbaşa ünsiyyət qorunub saxlanılacaq”.
Daha sonra çıxış edən şəhər sakinləri tarixi zəfərə görə Ali Baş Komandanımıza və ordumuza minnətdarlıqlarını ifadə edərək onları maraqlandıran məsələlər ilə bağlı öz fikirlərini bölüşüblər.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ