İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadə Harri: "Atamı və qardaşımı geri istəyirəm"

Britaniya kral ailəsini tərk edərək ABŞ-da məskunlaşan şahzadə Harri yanvarın 10-da nəşr olunacaq kitabından öncə verdiyi müsahibədə atası, İngiltərə kralı III Çarlzı və böyük qardaşı, şahzadə Uilyam “geri istədiyini” bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, şahzadə Harri bu ilin yanvarın 8-də yayımlanacaq müsahibəsində kral ailəsi, anası Diananın ölümü, Uels şahzadəsi və öz gələcəyi ilə bağlı açıqlamalar verib.

Müsahibənin yayımlanan qısa bir hissəsində şahzadə Harri "onlar heç bir barışıq niyyəti göstərmədilər" kimi ifadə işlədib.

“Onlar düşünürlər ki, bizi (Harri və xanımı Meqan) pis adamlar kimi göstərmək daha yaxşıdır. Mən bir ailə istəyirəm, hansısa qurumu deyil”,-deyə o, qeyd edib.

Şahzadə Harrinin CBS telekanalına müsahibəsi yanvarın 8-də yayımlanacaq.

"Ailənin devizi "Heç vaxt şikayət etmə, heç vaxt açıqlama vermə"dir, lakin bu, sadəcə bir devizdir. Son 6 il ərzində (Bukingem Sarayından) bizə "Sizi qorumaq üçün bir açıqlama verə bilmərik” deyildi. Ailənin digər üzvləri üçün bunu edəndə, iş o yerə gəlir ki, susmaq xəyanətə çevrilir”, - deyə Harri bildirib.

Şahzadə Harrinin müsahibəsi ilə bağlı Bukingem sarayından açıqlama verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR