Onlayn ictimai-siyasi qəzet
"Qarabağ" yeni mövsümə darmadağınla başladı.
"Araz Naxçıvan"ın qonağı olan "köhlən atlar" 4:1 hesablı qələbəyə sevindi.
Amma parlaq oyun, yaxşı nəticəyə rəğmən azarkeşlərin narazı qaldığı məqamlar da yox deyil.
Məsələn, Elvin Cəfərquliyevin qırmızı vərəqə alması, Şahruddin Məhəmmədəliyev yenə ötürmədə xətaya yol verməsi kimi.
Hətta klubun ən böyük azarkeş qrupu olan "İmarət" rəsmi səhifəsindən yuxarıdakı nöqsanlarla bağlı ultimatım verməyi belə vacib bilib:
"Araz Naxçıvan"la oyun bizim üçün əla sınaq oldu.
Şahruddinin yenə eyni səhvlərini təkrarlaması, Elvinin hislərini cilovlaya bilməməsi əslində ehtiyat oyunçularla meydana çıxan "Qarabağ"ımızın texniki heyəti üçün erkən siqnal idi.
Şahruddindən danışmağa ehtiyac yoxdur. Bu saatdan sonra hər hansı səhvinə görə onu yox, artıq onu meydana buraxanı qınamalı olacağıq, xüsusən həlledici matçlarda.
Elvin Cəfərquliyev də ötən mövsümü yüksəlişdə keçirmiş, əsas heyətdə özünə yer etməyi bacarmış futbolçumuzdu. Çox heyif ki, daha yaxşı nəticələri əldə etmək əvəzinə, məsuliyyətsiz oyunu nəticəsində artıq ikinci heyətə düşüb. Elvin təcili özündə dönüş yaradıb, yenidən özünü göstərməlidir".\\ SPORTİNFO.AZ
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ