Onlayn ictimai-siyasi qəzet
Bakı metrosunun "Sahil" və "İçərişəhər" stansiyalarının qarşısında sıxlıq yaranıb.
Axşam saatlarında mənzil başına çatmaq istəyən vətəndaşlar metroya daxil olmaqda çətinlik çəkiblər.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, heç bir texniki problem yoxdur:
"Sərnişin sıxlığıdır. Platforma səviyyəsinin ifrat sıxlığına yol vermək olmaz".
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ