Onlayn ictimai-siyasi qəzet
Bu il ərzində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 42 dəfə toqquşub.
Nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir, maşinist təcili tormozlama etməli olur ki, bu da qatar heyətinin və sərnişinlərin həyatına risk yaradır.
ADY-dən Musavat.com-a verilən məlumata görə, bəzi heyvan sahibləri mal-qaranı dəmir yolundan keçirmək üçün hasarları sökür və bu da təhlükəsizliyə ciddi təhlükə yaradır. Həmin şəxslər qanunvericiliyə uyğun olaraq cərimələnirlər.
Məlumata görə, ADY isə öz növbəsində bu cür hadisələri önləmək üçün sıx məskunlaşma ərazilərindən keçən dəmir yolu xətlərinin ətrafını hasarlayır.
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ