İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibkarların "qeyri-standart" istəkləri "Açıq mikrofon"da

Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində təşkil olunan "Səyyar qəbul otağı" bu dəfə sahibkarların ixtiyarında olub.

Musavat.com xəbər verir ki, Birliyin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini çıxış edərək sahibkarları dinləməyə hazır olduqlarını bildirib.

Aksiyaya qatılan 20-dən çox sahibkardan yalnız 2 nəfəri problemini ünvanlayıb ki, onlar da dövlət yoxlamasına aparılan qaz sayğacının yenidən bərpasını xahiş edib.

Qalan digər sahibkarların istəyi isə istixanalarda quraşdırılan qeyri-standart qaz cihazlarının istifadəsinə icazənin verilməsi olub.

Salyan RQİİ-nin və Birliyin rəhbər şəxsləri məsələ ilə bağlı yekun qərarın aparılacaq araşdırmalardan sonra veriləcəyini bildiriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR