Onlayn ictimai-siyasi qəzet
Görkəmli söz ustası, şair, nasir, istimai xadim, əziz dostum Məmməd İsmayılın vəfatı xəbəri məni sarsıtdı.
Musavat.com-un məlumatına görə, bunu Xalq şairi Sabir Rüstəmxanlı sosial şəbəkə hesabında bildirib.
Xalq şairi yəsirli paylaşımında daha sonra bildirib:
“Ağır xəstəydi, amma sona qədər ümid üzülmür…Uşaqlığı müharibənin, atasızlığın, təkliyin, ehtiyacın sıxıntısı iiçində keçsə də sınmadan, ümidini itirmədən, qarşısına çıxan əngəlləri aşa-aşa yaşamaq ona bir cəngavərlik ruhu, mübarizə eşqi aşılamışı. Şeirlərinin və nəsrinin əsas gücü və orijinallığı da bu ruhdadır. Gur poetik səsi Azərbaycanın sərhədlərini aşaraq, uzaq ölkələrə çatırdı. Dillər əzbəri olan bir çox şeri dilimiz və ədəbiyyatımız var olduqca yaşayacaqdır. Bizi uzun illərin sarsılmaz dostluğu bağlayırdı. Anası “sən Məmmədin kiçik qardaşısan” deyirdi. Anam onu öz oğullarından ayırmırdı”.
S.Rüstəmxanlı ölkədə olmadığından dostunun dəfn mərasiminə qatıla bilməyəcəyini vurğulayıb:
“Təəssüf ki, Azərbaycanda olmamağım Bakıdan Tovuza, çox sevdiyi Əsrik kəndinə gedən yolda ona “yoldaş” olmağıma, onu son mənzilə yola salmağıma imkan vermədi. Bütün övladlarına, nəvələrinə, yaxınlarına səbr diləyirəm. Səni dünyaya gətirən ananın yanında rahat uyu, Məmməd!”
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ