İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabahdan yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 8-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR