Onlayn ictimai-siyasi qəzet
Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.
Musavat.com APA-ya istinadən xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini, 1987-ci il təvəllüdlü Əhəd Cavanəli oğlu Behbudovun İH-də iş otağında meyiti tapılıb.
Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.
Ölümün səbəbi araşdırılır. Faktla bağlı Saatlı prokurorluğunda araşdırma başlayıb.
29 Sentyabr 2024
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ