İnsanlara hürriyət, millətlərə istiqlal!

Saatbaz qubernator – onun 18 bahalı saatı müsadirə olunub, özünə də 12 il iş veriblər

Rusiya Federasiyasının Penza vilayətinin keçmiş rəhbəri İvan Belozertsevdən dəyəri 9 milyon rubldan çox olan 18 qol saatı müsadirə edilib.

Musavat.com xəbər verir ki, bu barədə TASS məhkəmə sənədlərinə istinadən xəbər verir.

Mənbə bildirir ki, qubernatordan götürülən saatların arasında biri 4,5 milyon rubl, ikincisi isə təxminən 2,5 milyon rubl dəyərində qiymətləndirilən iki “Rolex” brendi məhsulu olub. Rusiya vilayətinin keçmiş qubernatorunun bahalı aksessuarları məhkəmə Baş Prokurorluğun müvafiq iddiasını təmin etdikdən sonra dövlətə keçəcək.

Nəzarət orqanı vurğulayıb ki, saatı Belozertsev qanunsuz yolla əldə etdiyi gəlirlə alıb.

2024-cü il yanvarın sonunda korrupsiya və silah saxlamaqda təqsirli bilinən Belozertsev 12 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, eks-məmura azadlığa çıxdıqdan sonra on il müddətində dövlət qulluğunda vəzifə tutmaq qadağan edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR