İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşviliyə qarşı yeni cinayət işi açıla bilər

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşviliyə qarşı yeni cinayət işi açıla bilər.

Bu barədə “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.

Onun sözlərinə görə, Gürcüstanın keçmiş prezidentinin büdcə vəsaitlərini öz şəxsi uçuşlarına xərcləməsi ilə bağlı cinayət faktı təsdiqlənib:

“Hər kəsə məlumdur ki, ölkənin birinci şəxsinin çarter reysi ilə uçması cinayətdir və yeni böyük miqyaslı cinayət faktı təsdiqlənib. Hesab edirəm ki, bu, araşdırmaya başlamaq üçün əsas olmalıdır”, - deyə Mdinaradze vurğulayıb.

Xatırladaq ki, Gürcüstan KİV-də yayılan məlumata əsasən, ölkənin Gürcüstan Müdafiə Nazirliyi ilə “Gürcüstan Hava Yolları” (Georgian Airways) arasında 24 milyon lari (təqribən 9 milyon dollardan artıq) məbləğində saziş bağlanıb və bunun 14 milyon lari (təxminən 5,3 milyon dollar) hissəsi yalnız Saakaşvilinin şəxsi səfərlərinə xərclənib.//Apa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR