İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvilinin anası: "Oğlum 100 yaşlı qocaya bənzəyir"

"Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətini ağır kimi qiymətləndirmək olar". AzVision.az xəbər verir ki, bunu siyasətçinin anası Giuli Alasania deyib.

“Bu insan artıq skeletə çevrilib”, - deyə Alasaniya gileylənib.

O həmçinin qeyd edib ki, eks-dövlət başçısı üçün yerimək də xeyli çətinləşib. Çünki siyasətçinin orqanizmi qida qəbul etmir. Onun sözlərinə görə, Saakaşvili hazırda 100 yaşlı qocaya bənzəyir.

Qeyd edək ki, Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. O sonradan aclıq aksiyası keçirib və zəhərləndiyini də iddia edir. Eks-prezident hazırda səhhəti ilə bağlı ciddi problemlər yaşayır..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR