İnsanlara hürriyət, millətlərə istiqlal!

Rza Pəhləvi İsraildən səsləndi: “İran rejimi İran xalqını təmsil etmir”

 

İranın vəliəhd şahzadəsi və şahın böyük oğlu Rza Pəhləvi Qüdsün Yad Vaşem Holokost Memorial Muzeyində İsrailin Holokostu anma gününün başlanması münasibətilə keçirilən mərasimdə iştirak edib.

Musavat.com-un məlumatına görə Vəliəhd şahzadə i24NEWS- ə deyib ki, İran rejimi “İran xalqını təmsil etmir” və Tehran Holokostu qəbul etmədiyi üçün 2500 illik xalqı adından İsrailə dəstəyini göstərməyi öz vəzifəsi hesab edir. "İran xalqı İsrail və İranın digər qonşuları ilə dinc və dostluq münasibətlərinin bərpası yolu ilə insan hüquqlarının qorunması və dini və mədəni müxtəlifliyə hörmətlə yanaşı, öz irsinə hörmət edəcək bir hökumətə can atır.

Milyonlarla həmvətənlərim İslam İnqilabı cəmiyyətimizi parçalamazdan əvvəl yəhudi-iranlı dostları və qonşuları ilə bir yerdə yaşadıqlarını hələ də xatırlayır”,-Pəhləvi deyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR