İnsanlara hürriyət, millətlərə istiqlal!

Rza Çalımbaydan Azərbaycan millisi haqda qalmaqallı AÇIQLAMA

“Beşiktaş”ın sabiq baş məşqçisi Rza Çalımbay Azərbaycan milli komandası haqqında qalmaqallı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis Azərbaycan millisində türkiyəli məşqçilərə şans verilməməsindən narazılıq edib.

“Mən Azərbaycanı başa düşə bilmirəm. Qardaş ölkənin milli komandasıdır, türk komandası sayılır. Türkiyədə xeyli məşqçi var. Adamlar gedib milli komandaya “Beşiktaş”ın qovduğu Fernandu Santuşu gətirdilər. O qədər yaxın olmağımıza baxmayaraq, adamlar türkü gətirmirlər”, - deyə o bildirib.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis Fernandu Santuş iyunun 12-də Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR