İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusların Polşa ölkə üzərindən uçması yerli əhalini hiddətləndirib

Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq, ruslar Avropaya uçuşlarını davam etdirirlər.

Musavat.com xəbər verir ki, bu barədə Polşanın Onet portalı məlumat yayıb.

Məqalə müəllifləri rusların Polşa üzərindən uçuş qadağasında yan keçmək fürsəti əldə etməsinə hiddətləniblər. Onlar bir çox məşhur aviaşirkətlərin Rusiyaya və Rusiyadan reyslər həyata keçirdiyini, o cümlədən Türkiyənin "Türk Hava Yolları" aviaşirkəti olduğunu diqqətə çatdırıblar.

Xüsusilə, bir gündə beş təyyarə Moskva və İstanbul marşrutu ilə Polşa üzərindən uçur. Eyni zamanda, təyyarələrin marşrutu Avqustov, Belostok, Lyublin və Jeşovdan keçir.

Məqalə müəllifləri qeyd ediblər ki, uçuşlar hər birində 289 sərnişini qəbul edə bilən Airbus A330 təyyarələrində həyata keçirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR