İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar indi də Qırğızıstana dadanıblar: aralarında keçmiş qubernator, iş adamları var

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra bir sıra rusiyalı iş adamlarına və digər tanınmış şəxslərə Qırğızıstan vətəndaşlığı verilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Moscow Times” qəzeti məlumat yayıb.

Sayt Qırğızıstan prezidenti Sadır Japarovun ötən il imzaladığı fərmana diqqət çəkib.

“Transparency İnternational" təşkilatı isə məsələdə korrupsiya elementlərinin olduğunu bildirir.

"Görünür, Rusiya vətəndaşları Qırğızıstan pasportlarını almağa çox tələsiblər. Prezidentin respublika vətəndaşlığına qəbulla bağlı son fərmanında 100-ə yaxın Rusiya vətəndaşının adları göstərilib", - deyə "The Moscow Times" yazır.

Saytın təhlil etdiyi fərmanda onların adları, soyadları, tarixləri və doğum yerləri göstərilib. Burada Tver vilayətinin keçmiş qubernatoru Dmitri Zelenin, Rusiya hökumətinin ən yüksək məhkəmə instansiyalarında səlahiyyətli nümayəndəsi Mixail Barşevskinin qızı Nataliya Barşevskaya, həmçinin “Bitzlato” kriptovalyuta birjasının həmtəsisçisi Anton Şkurenko, “Aromatniıy mir” şirkətinin sahibi Valeri Zadorin kimi isimlərə rast gəlinir.

“Azattyk” radiosu hazırda Qırğızıstanda yaşayan Moskvadan olan maliyyəçi Mixail Juxovitskinin sosial şəbəkələrdə statusun diqqət çəkib. 22 noyabr 2022-ci ildə o, Facebook səhifəsində "indi ikinci pasporta sahib olacaq" dostlarına kömək etdiyini yazıbmış. Bir neçə gün əvvəl o, Qırğızıstan pasportunun alınmasının üstünlükləri ilə bağlı daha bir yazı dərc edib: "Yalnız bir ssenari var. Orta Asiyanın aralıq pasportu. Sonra isə Avropa Birliyinin pasportu. Ya da Türkiyə - proqramın bağlanmasına hələ bir neçə ayınız var. Bu qədər. Başqa heç nə yoxdur ".

Bazar ertəsi “Baza” teleqram kanalı ötən il Qırğızıstan pasportu alan ruslar arasında “Naşi” gənclər hərəkatının keçmiş komissarı Mariya Drokovanın (Buşer) olmasına diqqət çəkib. Onun adı müvafiq sərəncamda qeyd olunub. O, bir müddətdir ABŞ-da yaşayır və burada vençur kapitalı fondu təsis edib. 2022-ci ilin dekabrında The Washington Post, FTB-nin Drokova ilə maraqlandığını və onun fondunun sanksiyaya məruz qalan rus milyarderləri ilə əlaqəli ola biləcəyindən şübhələndiyini yazmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR