İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya ŞOK ZƏRBƏ! Putinin şəxsən təyin etdiyi komandir ÖLDÜRÜLDÜ

Ukrayna tərəfi Rusiya prezidenti Vladimir Putinin şəxsən təyin etdiyi rus polkovnik-leytenant Dmitri Lissitskinin qətlə yetirildiyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, müharibədə fəal rol oynayan Rusiya ordusunun 247-ci Hava Hücum Alayının 2-ci batalyon komandiri polkovnik-leytenant Dmitri Lissitskinin Rusiyanın Stavropol şəhərindəki evində ölü tapıldığı açıqlanıb.

Ukrayna kəşfiyyatının xüsusi əməluyyatı nəticəsində öldürüldüyü bildirilən Lissitzkinin qətli ilə bağlı əlavə məlumat verilməsə də, Rusiya mənbələri də komandirin ölümünü təsdiqləyib.

642180424e3fe1081c562cdb.jpg (70 KB)

Rusiya xəbər agentliklərinin öz mənbələrinə istinadən verdiyi xəbərə görə, 2015-ci ildə Rusiya prezidenti Vladimir Putindən "Rusiya Federasiyası Qəhrəmanı" adını alan Dmitri Lissitski Ukraynanın hücumları nəticəsində Ukraynadakı müharibədə həlak olub.

Lissitskinin yaşadığı Stavropol vilayətinin Blaqodarnenski şəhərinin meri Dmitri Tenkov da ölüm hadisəsini təsdiqləyib: "Qəbul edilməsi çətin olan xəbərlər aldıq. Rus qəhrəmanı Dmitri Lissitski öldü. Bu, Stavropol üçün böyük itkidir".

Rusiya Müdafiə Nazirliyi hələlik Lissitzkinin ölümü ilə bağlı açıqlama verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR