İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya qarşı 18-ci sanksiya paketinin hazırlıqlarına başlayacağıq – Kallas

Avropa İttifaqı Rusiyaya qarşı hazırlanmaqda olan növbəti sanksiyalar paketi üzrə işlər başa çatdıqdan sonra yenisini hazırlamağa başlayacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaja Kallas Kopenhagendə jurnalistlərə bəyan edib.

O bildirib ki, artıq 17-ci paket üzrə işlər yekunlaşmaqdadır: "Biz 17-ci paket üzərində işləyirik. Ümid edirəm ki, onu gələn həftə (20 may – red.) Aİ Xarici Əlaqələr Şurasında qəbul edəcəyik. Sonra növbəti paket üzərində işləyəcəyik".

Kallasın sözlərinə görə, sanksiya paketləri Aİ-nin Ukrayna ilə bağlı sülh razılaşması əldə etmək üçün Rusiyaya təzyiq göstərmək məqsədilə nəzərdə tutulmuş iqtisadi alətləridir. Aİ baş diplomatı sanksiyalardan yayınmağı əsas problem adlandırıb: “Ona görə də biz artıq sanksiyalardan yayınanlara qarşı cinayət cəzası tətbiq etmişik, çünki aydındır ki, Rusiyadan bundan sonra da faydalanmaq istəyən Avropa şirkətləridir. Əlbəttə, biz sanksiyalardan yan keçməyə kömək edən ölkələrlə də danışıqlar aparırıq. Amma biz özümüzə də baxmalıyıq, çünki Rusiyada ticarəti davam etdirmək istəyən Avropa şirkətləridir".

Onun sözlərinə görə, Aİ ABŞ-ın Ukraynanı dəstəklədiyinə və sanksiyalar məsələsində Avropa ilə ABŞ arasında qarşılıqlı anlaşmaya ümid edir: “Düşünürəm ki, Senatda hazırladıqları sanksiya paketi onların mənzərəni oxşar şəkildə gördüklərinə yaxşı bir nümunədir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR