Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərinin Şevçenko rayonunu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Xarkov vilayət prokurorluğu məlumat yayıb.
Bildirilib ki, olayda 20 yaşayış binasına ziyan dəyib. Rusiya Silahlı Qüvvələri yaşayış məntəqəsinə UNPS D30-SN (unifikasiya edilmiş növlərarası planlı sursatı, 30 sm çaplı) ilə hücum edib. Ərazidə ümumilikdə üç zərbə qeydə alınıb.
Xatırladaq ki, hadisə mayın 5-i günorta baş verib. Daha əvvəl 10 nəfərin yaralandığı açıqlanmışdı.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ