Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi Rusiya Xankəndidə baş konsulluq açmaq istəyir. Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.
"İkitərəfli məsələlərdən yaxın gələcəkdə Xankəndidə baş konsulluğun açılmasını qeyd edərdim və bu işdə dəstəyinizə ümid edirəm", - senator görüş zamanı bildirib.
Onun sözlərinə görə, baş konsulluğun 2024-cü ildə açılması yaxşı olardı.
Bununla bağlı xəbər yayıldıqdan sonra sosial şəbəkələrdə, mediada müxtəlif şərh və rəylər səslənməkdədir. Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Kreml konsulluq xidməti vasitəsilə yenidən Qarabağa qayıtmaq və itirdiyi mövqeləri bərpa etmək istəyir.
Bəs Rusiyanın Xankəndidə konsulluq açması təhlükəlidirmi?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ