İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın ŞOK fırıldağı üzə çıxdı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) yunan alimi və qaçaqmalçılıq şəbəkəsinin köməyi ilə sanksiyalardan yayınaraq hərbi texnologiya alıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Insider” saytı məlumat yayıb.

Sayt gömrük əməliyyatları və dövlət satınalmaları ilə bağlı məlumatları təhlil edərək lazer, tranzistor və taktiki antenaların satıldığı qaçaqmalçılıq şəbəkəsinin strukturunu üzə çıxarıb. Şirkətlərin müştəriləri arasında Rusiyanın “Rostex”, “Rosatom”, “Rosnano”, Moskva Fizika-Mühəndislik İnstitutu, Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti və Rusiyanın Federal Təhlükəsizlik Xidmətinın adı gözə çarpır.

Bütün bu əməliyyatlar “Sernia” adlı şirkətlər şəbəkəsi tərəfindən aparılıb.

2022-ci ilin dekabrında 5 rus və 2 amerikalı ABŞ-da qaçaqmalçılıq və fırıldaqçılıqda ittiham olunub. Onlar ABŞ firmalarından mal sifariş edib, son alıcı haqqında yalan məlumat verib, daha sonra Çin və Aİ vasitəsilə malları Rusiyaya göndəriblər.

Qaçaqmalçılıqla bağlı sifarişləri “Sertal” şirkətinin əməkdaşları alıb. Onlardan biri 2017-ci ildə yunan alimi Nikolaos Boqonikolosu prosesə tərəfdaş kimi cəlb edib. Həmin alim guya “özü və elmi araşdırmaları üçün” lazımi avadanlıq sifariş etməyə başlayıb. 2018-2020-ci illərdə o, Niderlanddan öz şirkəti adından əslində yaxtalara quraşdırılması nəzərdə tutulan taktiki antenalar alıb. 2021-ci ildə isə bu alimin “elmi araşdırmalarına” lazer avadanlığı lazım olub.

Fırıldaq sxem üzə çıxandan sonra o, fəaliyyətini dayandırıb. Əvvəlcə Estoniyadakı anbarında 150 kq-dan çox döyüş sursatı aşkar edilib. Daha sonra adı keçən yunan alim həbs edilib.

Məlumata görə, təxminən 20 nəfər “Sernia” firmalarına bağlı çalışırmış. Şəbəkənin xarici firmaları ümumi direktorlar və təsisçilər vasitəsilə Rusiya firmaları ilə əlaqə qurur. “Sernia Engineering” və “Sertal” 2022-ci ilin martında ABŞ sanksiyalarına məruz qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR