İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Qərb sanksiyalarına qarşı yeni TAKTİKASI - kriptovalyuta və...

"Reuters" agentliyinin birbaşa mənbələrə istinadən yaydığı məlumata görə, Rusiya neft ticarətində Çin və Hindistanla hesablaşmalarda kriptovalyutadan istifadə edir.

Bu addım Qərbin maliyyə sanksiyalarından yayınmaq məqsədi daşıyır.

Mənbələr bildirir ki, Moskva dollardan kənar alternativ ödəniş sistemləri quraraq qlobal neft bazarındakı mövqeyini qorumağa çalışır. Kriptovalyutalar isə sürətli və sanksiyalardan kənar ödəniş imkanı yaratdığı üçün bu ticarətdə mühüm rol oynayır.

Xatırladaq ki, Rusiya Ukraynaya müdaxilədən sonra sərt Qərb maliyyə sanksiyalarına məruz qalıb. Bu məhdudiyyətlər ölkənin SWIFT beynəlxalq ödəniş sistemindən qismən çıxarılması və xarici bank hesablarının dondurulması ilə müşayiət olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR