İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Nyu-Yorku alması təsdiqləndi - Rəsmi AÇIQLAMA

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini məğlub edərək Donbassda strateji əhəmiyyətli Novqorodskoye (Nyu-York) qəsəbəsini nəzarətə götürüb.

Musavat.com "Rbc.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qəsəbə strateji əhəmiyyətli nəqliyyat qovşağıdır.

Məlumata görə, Novqorodskoye Dzerjinskdən cənubda yerləşir və iki il ərzində hərbi əməliyyatlar zamanı təmas xəttinin dəyişmədiyi bir neçə yaşayış məntəqəsindən biri olub.

Qəsəbə 19-cu əsrin ortalarından Nyu-York, 1951-ci ildə Novqorodskoe adlandırılıb. Ali Radanın qərarı ilə 2021-ci ildə kəndin əvvəlki adı yenidən bərpa edilib. 

Qeyd edək ki, ötən gün (19 avqust) Rusiya təhlükəsizlik qüvvələri Nyu-York kəndini Ukrayna hərbçilərindən təmizlədikləri ilə bağlı xəbər yaymışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR