Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Krakovdakı Baş Konsulluğu fəaliyyətini dayandırıb və binanı sahibinə təhvil verib.
Musavat.com xəbər verir ki, bu barədə "Polskie Radio" məlumat yayıb.
Məlumata görə, əvvəl Baş Konsulluqda Rusiya himni səsləndirilib, daha sonra qurumun əməkdaşları bayraq dirəyindən Rusiya bayrağını götürüb, gerbi qapıdan söküblər. Baş Konsulluğun yerləşdiyi Biskupya küçəsindəki bina sahibinə - Polşa Dövlət Dəmir Yollarına təhvil verilib.
Qeyd edək ki, Baş Konsulluq Polşa Xarici İşlər Nazirliyinin qərarına əsasən bağlanıb. Polşa tərəfinin rəsmi açıqlamasına əsasən, qərara səbəb 2024-cü ilin mayında Varşavanın Marıvilska küçəsindəki ticarət mərkəzinin yandırılmasında Rusiya xüsusi xidmət orqanlarının iştirakının sübuta yetirilməsidir.
Rusiya Xarici İşlər Nazirliyi Polşanın bu addımına cavab veriləcəyini elan edib.
Rusiya diplomatik missiyasının rəhbərinin müavini Aleksandr Qruşko TASS-a bildirib ki, Moskva Varşavaya Polşanın Kalininqrad və ya İrkutskdakı konsulluğunu bağlamaqla cavab verə bilər.
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ