Onlayn ictimai-siyasi qəzet
Pilotsuz uçuş aparatı Rusiyanın Stokholmdakı səfirliyinin ərazisinə boya atıb.
Musavat.com xəbır verir ki, bu barədə TASS-a İsveç polisindən məlumat verilib.
Hadisə noyabrın 29-na keçən gecə baş verib.
Stokholm polisinin sözçüsü Mats Eriksson deyib ki, polis helikopterdən istifadə edərək PUA-nı axtardıb, lakin axtarış uğursuz olub.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni vandalizm aktı kimi araşdırır. Hazırda polisdə şübhəli şəxs yoxdur.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ