Onlayn ictimai-siyasi qəzet
Rusiyanın baş naziri Mixail Mişustinin milliyyəti haqda o hələ baş nazir təyinatı alandan-2020-ci ilin yanvarından yazılır.
Musavat.com xəbər verir ki, buna səbəb onun ətrafında ən yaxın dostlarından birinin erməni biznesmen Levon Amdilyanın olmasıdır. Mişustinin təhsilini başa vurduqdan sonra işlədiyi Beynəlxalq Kompüter Klubunun yaradıcısı məhz Amdilyan olub. Mişustin baş nazir olduqdan sonra Amdilyanın “əl-qolu” daha da açılıb.
Amdilyan “Taxcom” MMC-nin 50%-nə sahibdir. Bu şirkət Mişustinin Federal Vergi Xidmətinin rəhbəri vəzifəsində işlədiyi müddətdən kassa aparatları islahatları vaxtı yaradılıb. Keçən ilə qədər baş nazirin erməni dostu şirkətdə 25% payı vardı, lakin bugünlərdə məlum olub ki, onun səhmləri iki dəfə artırıb.
“Taxcom” şirkəti satıcılardan məlumatları toplayır və vergi xidməti sisteminə ötürür. Şirkətin 2023-cü il üçün gəlirləri 2,5 milyard rublu (xalis mənfəət - 43,65 milyon) ötüb, dövlət satınalmalarına sərf olunan vəsaitin ümumi həcmi isə 129 milyon təşkil edib. Baş nazirə yaxın olan erməni iş adamı hökumətin nəzarətində olan strukturlardan müqavilələr alır. Rusiya mediası yazır ki, baş nazir sanksiyalardan əvvəl Amdilyanla həyat yoldaşından daha tez-tez xaricə səyahət edirdi. Amdilyanın ABŞ-ın Ohayo ştatının sakini kimi qeydiyyatdadır.
Rusiya baş nazirinin milli kökləri ilə bağlı açıq mənbələrdə yarıerməni olması barədə iddialar var. Belə ki, mətbuatda yayılan məlumatlara görə, Mişustin anası tərəfdən ermənidir, Mixail Mişustinin anası Ermənistanın tarixi azərbaycan kəndi Tayçarıxdandır. Ermənilər sonradan azərbaycan kəndini “milliləşdirdirib” Meqradzor adlandırıb. Kəndin Razdan şəhərindən 60 kilometr aralıda yerləşdiyi deyilir. Mişustinin hazırda da Ermənistandan çoxlu dostlarının olduğu da iddia edilir.
Mişustin 1998-ci ildə Rusiya Federal Vergi Xidməti rəhbərinin informasiya sistemləri üzrə köməkçisi olmaqla karyera nərdivanını yüksəltməyə başlayıb. Ona xidmətin kompüterləşdirilməsi, elektron sənəd dövriyyəsinin tətbiqi tapşırılıb. Vergilər Nazirliyinin baş informasiya inzibatçısı kimi Mixail Mişustin 2002-ci ildə 100 və 160 milyon ABŞ dolları dəyərində kompüter avadanlığının alınması üçün Dünya Bankından iki kreditin alınmasını təşkil etməsi və onları uğurla “mənimsəməyə” nail olması ilə məşhurlaşdı.
Mişustinin atasının adı Vladimir Moiseeviçdir. Məlum olduğu kimi, Moisey-Musa sırf yəhudi adıdır. Musa adı müqəddəs kitablarda xatırlanır və məhz yəhudi xalqına məxsusdur. Mişustinin babası belarus əsilli idi və tarixi məlumatlara görə, o zaman onun doğma şəhəri Polotskda əhalinin üçdə ikisi yəhudi idi. Mişustinin anasının adı Luizadır. Luiza adının fransızcadan (“Allaha kömək edin”) götürüldüyü də güman edilir. Buna baxmayaraq, Luiza adı ermənilərdə də geniş rast gəlinir.
Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin iki gün əvvəl “Balçuk Capital” ın sahibi David Amaryana Amerikanın “Goldman Sachs” bank qrupundan “Qazprom”, “Rosneft” və digər Rusiya şirkətlərinin səhmlərini almağa icazə verib. Siyahıda həmçinin “Novatek”, “Surqutnefteqaz”, “Tatneft”, “Lukoil və “Rostelecom”un səhmləri də var.
Göstərilən əməliyyatları həyata keçirmək üçün şirkət Rusiya qanunvericiliyinə uyğun olaraq əlavə icazə tələb etməyəcək.
“Balçuk Capital”ın baş qərargahı Ermənistanın paytaxtı İrəvanda yerləşir. Fond 2 milyard dollardan çox olan aktivləri idarə edir.
David Amaryan əvvəllər bir neçə il Ruben Vardanyanın təsis etdiyi “Troika Dialoq” investisiya şirkətində işləyib. “Goldman Sachs” dünyanın ən böyük investisiya banklarından biridir. Ukraynada müharibə başlayandan sonra bank Rusiya Federasiyasındakı fəaliyyətini məhdudlaşdırıb.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ