Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin kəşfiyyat məlumatlarının paylaşımını dayandırmasından sonra Ukrayna ordusu, demək olar ki, “kor” vəziyyətə düşüb. Bu vəziyyətdən istifadə edən Rusiya ordusu Ukraynanın əks-hücum təşkil etdiyi Kursk bölgəsində 7 yaşayış məntəqəsini ələ keçirdiyini bildirib. Rusiya Müdafiə Nazirliyi Kurskda həyata keçirilən hücumlarla nəzarətə götürülən yaşayış məntəqələrinin sayının 32-yə yüksəldiyini açıqlayıb.
Musavat.com Telegraph nəşrinə istinadən xəbər verir ki, Rusiya əsgərləri Kurskda təşkil edilən hücum üçün təbii qaz boru xəttindəki borulardan istifadə ediblər.
Rusiya xüsusi qüvvələri Kursk bölgəsindəki Suca şəhərinə sızmaq məqsədilə 15 km boyunca təbii qaz boru xətti ilə irəliləyərək bir neçə gün orada qalıblar.
Rusiyaya aid Telegram kanallarında qaz maskası taxmış xüsusi təyinatlıların boruların içindən irəlilədiyi görüntülər yayımlanıb.
Ukrayna Baş Qərargahı Rusiyanın “sabotaj və hücum qruplarının” boru xəttindən istifadə edərək Suca yaxınlığında bir baza qurmağa cəhd etdiyini, lakin bunun “vaxtında aşkar edildiyini” bildirib. Rəsmi açıqlamada Ukrayna ordusunun Sucadakı hücumu dəf etmək üçün pilotsuz uçuş aparatları, raketlər və artilleriya hücumları təşkil etdiyi qeyd olunub.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ