İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Baş naziri COP29 çərçivəsində BMT-nin Baş katibi ilə görüşüb

Rusiyanın Baş naziri Mixail Mişustin Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Mişustin Quterreşlə görüşündə BMT-nin qlobal çağırışlara və təhdidlərə cavab vermə çərçivəsində işinin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, Rusiya Baş nazirinin iqlim sammitində iştirak edən dövlət, hökumət və beynəlxalq təşkilat rəhbərləri ilə başqa ikitərəfli görüşləri planlaşdırılmayıb.\\"Report" 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR