İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı silkələyən həbslərdə erməni izi: Martirosyanı Kuznetsovla hansı maraqlar birləşdirib?

Rusiya İstintaq Komitəsi Rusiya Müdafiə Nazirliyinin həbsdə olan kadrlar idarəsinin rəisi Yuri Kuznetsovun xüsusilə külli miqdarda rüşvət verməkdə şübhəli bilinərək həbs edilən Leva Martirosyanla şəxsən tanışlığına dair dəlillilərə malikdir.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatdan aydın olurm ki, Kuznetsov Martirosyanın maraqlarına uyğun olaraq tabeliyində olanlara himayədarlıq edib.

Bundan əvvəl Basmannı məhkəməsi Leva Martirosyanı Rusiya Silahlı Qüvvələri Baş Qərargahının səkkizinci idarəsinin keçmiş rəisi Yuri Kuznetsova rüşvət vermə işi üzrə təqsirləndirilən şəxs kimi istintaq təcridxanasına göndərib.

İstintaq Komitəsinin məlumatına görə, Kuznetsov xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Müstəntiqlərin fikrincə, 2021-2023-cü illərdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi olan Kuznetsov kommersiya strukturlarından rüşvət alıb, bunun müqabilində onlara kömək edəcəyinə söz verib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR