Onlayn ictimai-siyasi qəzet
İstanbulda rusiyalı model Aleksandra Seriakovanın yaşadığı evə oğru girib.
Musavat.com xəbər verir ki, oğru rus modelin 500 min lirə pulunu və 500 min lirə dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq yoxa çıxıblar.
5 illik əməyinin oğurlandığını deyən Seriakova oğrunun və ya oğruların tapılmasını istəyib. Serıakovanın vəkili Umut Narin "Hadisənin maraqlı tərəfi odur ki, qapıya güc tətbiq edilməyib. Bu da o deməkdir ki, qapını bilən biri açıb”,-deyə bildirib.
Polis oğru və ya oğruları tutmaq üçün işlərini davam etdirir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ