Onlayn ictimai-siyasi qəzet
Bir sıra rusiyalı məmurlara telegram mesencerdə rəsmi yazışmaların silinməsi tapşırılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
"Telegram"ın yaradıcısı Pavel Durov Fransada saxlanıldıqdan sonra Kremldən bu barədə tapşırıq verilib.
Məlumatda qeyd olunur ki, əmr Rusiya hüquq-mühafizə orqanları, hökumət və prezident administrasiyasının əməkdaşlarına gəlib.
Eyni zamanda, jurnalistlərin şərh almaq üçün əlaqə saxladıqları bir çox digər məmurlar belə bir göstəriş almadıqlarını bildirsələr də, bazar ertəsi və çərşənbə axşamı keçirilən iclaslarda yuxarıların bunu tövsiyə edə biləcəyini etiraf edirlər.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ