Onlayn ictimai-siyasi qəzet
"Təyyarəyə xarici təsir göstərilib". Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin xarici örtüyündəki zədələri hərbi ekspert qiymətləndirib.
"Bu təyyarə şrapnelli dron ilə hücuma məruz qala bilərdi. Belə dronlar hədəfdən müəyyən məsafədə peyk vasitəsilə partlayış həyata keçirə bilər və hədəfi vurur," - deyə təqaüddə olan polkovnik-leytenant Andrey Maroçko mediaya müsahibəsində bildirib.
O, vurğulayıb ki, internetdə yayımlanan görüntülərə əsasən, təyyarə salonunda partlayış versiyası istisnadır.
Afaq,
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ