İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Ontario Hokkey Liqasının “London Nayts” klubunun rusiyalı hücumçusu Abakar Kazbekov 18 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə klubun tviter hesabında məlumat verilib.

“Ontario Hokkey Liqası və “London Nayts” Abakar Kazbekovun qəfil ölümünü kədərlə elan edirlər. Abakar 2021-ci ildən komanda üçün dəyərli oyunçu idi. Düşüncələrimiz onun ailəsi, dostları və komanda yoldaşları ilədir”.

Hokkeyçinin ölüm səbəbi barədə məlumat verilmir. “London Nayts”ın növbəti oyunu başqa vaxta ertələnib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR